AZ

Qarabağda ötən il 6 824 mina, 52 392 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2025-ci il üzrə icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 4963 piyada əleyhinə mina, 1861 tank əleyhinə mina, 52392 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 69 205.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

"Cebheinfo.az"

Seçilən
141
38
cebheinfo.az

10Mənbələr