Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ilin təhvil olduğu və sonrakı 3 gün ərzində ölüm faktı qeydə alınan 6 yol qəzası baş verib ki, həmin hadisələrin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması və maneəvurma ilə bağlı olub:
"Nəsimi və Göyçay rayonlarında qeydə alınan toqquşma, eləcə də Goranboy və Astara rayonlarında baş verən maneəvurma hadisələri nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Bakının Xəzər və Yasamal rayonlarında piyadaların və velosipedçinin vurulması hadisələri də qeydə alınıb ki, nəticədə 2 nəfər həlak olub, 1 nəfər isə yaralanıb".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta