AZ

“Ölkə çempionatında öz hakimlərimizlə yanaşı, altı xarici referi də iştirak edəcək” Sərxan Musalının ə AÇIQLAMASI

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Güləş üzrə Azərbaycan çempionatında yerli hakimlərlə bərabər, xaricdən dəvət olunmuş altı referi də iştirak edəcək.

Bu barədə İdman.Biz-ə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.

“Bu ölkə çempionatında yerli hakimlərimizlə yanaşı, Ukrayna, Qazaxıstan, Belarus və Rumıniyadan olan altı yüksək ixtisaslı hakim də iştirak edəcək. Çempionat yanvarın 7-də Bakı İdman Sarayında start götürəcək, rəsmi açılış mərasimi isə yanvarın 8-də keçiriləcək”, – deyə Sərxan Musalı bildirib.

Qeyd edək ki, qadın güləşi üzrə idmançıların sayının az olması səbəbindən bu növdə yarışlar təşkil olunmayacaq. Yunan-roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı isə yanvarın 7-dən 11-dək keçiriləcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
1
icma.az

2Mənbələr