AZ

Bu il qeyri-neft-qaz sektorunun gəlirlərinin 10,6 faiz artacağı proqnozlaşdırılır

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat və yaxud 0,7 faiz çoxdur.

FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış, 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilir.

2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 16 milyard 435 milyon manatı neft-qaz sektorunun, 22 milyard 174 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1 milyard 876 milyon manat və ya 10,2 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2 milyard 129 milyon manat və ya 10,6 faiz çox olacaq.

Seçilən
21
2
fed.az

3Mənbələr