AZ

Makronun arvadına görə 10 nəfər cəza aldı

Fransada Prezident Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun cinsiyyəti ilə bağlı iddialar yayan 10 nəfər kiberzorbalıqda təqsirli bilinib.

"Cebheinfo.az" xəbər verir ki, Paris Cinayət Məhkəməsi Bricit Makron haqqında onlayn platformalarda müxtəlif iddialar səsləndirən şəxslərin mühakimə olunduğu iş üzrə qərarını açıqlayıb.

Məhkəmədə siyasətçi və müəllim də daxil olmaqla müxtəlif peşə sahiblərindən olan 8 kişi və 2 qadın mühakimə edilib.

Qərara əsasən, bu şəxslər Makron cütlüyünə qarşı təşkilatlanmış onlayn dezinformasiya kampaniyası çərçivəsində kiberzorbalıqda günahkar hesab olunublar.

Təqsirləndirilən şəxslərə 4 aydan 8 aya qədər dəyişən müddətdə şərti həbs cəzaları verilib. 

Bundan əlavə, onların sosial media hesablarının dayandırılması da tətbiq olunan cəzalar sırasındadır.

Xatırladaq ki, Emmanuel Makron və həyat yoldaşı 2024-cü ilin iyul ayında ABŞ-li sosial media məzmun istehsalçısı Kəndis Ouensə qarşı onlara böhtan kampaniyası apardığı iddiası ilə ABŞ-nin Delaver ştatında məhkəmə iddiası qaldırmışdı.

Ouens öz proqramlarında Fransa Prezidentinin həyat yoldaşının kişi kimi doğulduğunu, saxta şəxsiyyətlə cinsiyyət dəyişdirdiyini, həmçinin Makronun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən vəzifəyə gətirildiyini iddia edirdi.

Ouensin bu iddialarını sosial media platformalarında paylaşan Fransadakı bəzi internet istifadəçiləri barəsində də ayrıca məhkəmə işləri açılmışdı.

Seçilən
121
8
cebheinfo.az

9Mənbələr