Xəbər verdiyimiz kimi, ötən günlərdə meyxanaçı Namiq Mənanın kürəkəninin idarə etdiyi avtomobil Quba yolunda qəzaya uğrayıb. Hadisə zamanı avtomobildə meyxanaçının qızı və azyaşlı nəvəsi də olub. Metbuat.az hadisədən sonra Namiq Məna ilə əlaqə saxlayıb. Meyxanaçı saytımıza açıqlamasında bildirib ki, qəza nəticəsində xəsarət alan olmayıb, lakin sürücü və avtomobildə olanlar sarsıntı keçiriblər. “Şükür Allaha ki, xəsarət alan yoxdur. Quba camaatına göstərdikləri operativ dəstəyə görə sonsuz təşəkkürümü bildirirəm. Hadisənin baş vermə səbəbini sürücünün məsuliyyətsizliyi kimi dəyərləndirirəm. Bu iki gün ərzində, demək olar ki, telefonum susmayıb. Diqqət göstərən, narahat olan hər kəsə minnətdaram”, – deyə Namiq Məna qeyd edib. Sevinc İbrahimzadə / Metbuat.az