AZ

Maduro bu axşam Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaq

Venesuelanın devrilmiş Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu gün Nyu-Yorkda Manhetten federal məhkəməsinə çıxarılacaqlar.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Maduro narkotik ticarətinə rəhbərlik etməkdə ittiham olunaraq dörd maddə üzrə mühakimə ilə üzləşəcək.

 

Proses yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

 

Dinləmələrə hakim Alvin K. Hellerstein sədrlik edəcək.

 

Məlumata görə, prosesdə hakimin cütlüyün hüquqlarını izah edəcəyi və onlardan günahlarını etiraf edib-etmədiklərini soruşacağı gözlənilir. Maduro və həyat yoldaşının dinləməyə qədər girovsuz həbsdə qalacaqları, demək olar ki, dəqiqdir.

 

Venesuela prezidenti Nikolas Maduro şənbə günü ABŞ-ın müdaxiləsilə devrilib.

Seçilən
19
1
senzor.az

2Mənbələr