AZ

Fəaliyyəti dayanmış Azərbaycan Kommunist Partiyasının sədri İtaliyada müalicə alır

Fəaliyyəti dayanmış Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun səhhəti pisləşib. Modern.az-a danışan keçmiş partiya sədri hazırda İtaliyada müalicə olunduğunu bildirib.

 

"Ürək - damar və osteoxondrozla əlaqədar İtaliyada müalicə alıram. Həkimlər müəyyən müddət sakit yaşamağı, siyasətdən kənar olmağı məsləhət bilirlər", - Rauf Qurbanov deyib.

 

Qeyd edək ki, 2023-cü ildə qəbul edilən "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, 5000 üzvü olmayan partiyalar Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Nəticədə Azərbaycan Kommunist Partiyası da qeydiyyatdan keçə bilməyərək fəaliyyətini dayandırıb.

Tarix: 5 Yanvar 2026, 16:35   
Seçilən
21
5
pravda.az

6Mənbələr