AZ

"Karvan-Yevlax" futbolçusu ilə yollarını ayıracaq

"Karvan-Yevlax" klubu qış fasiləsində futbolçusu Nika Çaçaşvili ilə yollarını ayıracaq.

"Cebheinfo.az" xəbər verir ki, Yevlax təmsilçisi 21 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verəcək.

O, "Karvan-Yevlax"ın heyətinə ötən ilin yanvarında, komanda hələ I Liqada çıxış edərkən qoşulub.

Qeyd edək ki, Nika Çaçaşvili "Karvan-Yevlax"dan öncə İspaniyanın "Plasensia" klubunun şərəfini qoruyub.

"Cebheinfo.az"

Seçilən
77
2
cebheinfo.az

3Mənbələr