AZ

Maduro və həyat yoldaşı helikopterlə məhkəməyə aparılıb - VİDEO

Nikolas Maduro məhkəmə prosesində iştirak etməsi üçün təcridxanadan çıxarılıb.

APA xəbər verir ki, Maduro və həyat yoldaşı helikopterlə Nyu-York məhkəməsinə aparılıb.

Onlar bir qədər sonra Manhattan Federal Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını saxlayıb.

Seçilən
31
3
apa.az

6Mənbələr