AZ

2026-cı ildə üç beynəlxalq boks turniri keçiriləcək - Azərbaycanda

Bu il Azərbaycanda keçiriləcək beynəlxalq boks yarışlarının sayı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan Boks Federasiyası (ABF) 3 mötəbər turnir təşkil edəcək.

Hər üç yarış Bakı Boks Mərkəzində keçiriləcək. Aprelin 2-8-i aralığında böyüklər arasında "Böyük İpək Yolu" turniri baş tutacaq.

Mayın 2-8-də 17 yaşadək boksçular arasında Heydər Əliyev Kuboku, dekabrın 4-dən 10-dək isə Abbas Ağalarovun xatirəsinə həsr olunan yarış reallaşacaq.

Seçilən
62
3
football-plus.az

5Mənbələr