AZ

Bir dövrün sonu! Maduronu məhkəməyə belə götürdülər FOTO

ain.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin 3 yanvarda Karakasda baş verən partlayışlardan sonra ölkədən çıxarıldığını açıqladı.

Turkustan.az xəbər verir ki, ABŞ-da mühakimə olunacaq Maduro və həyat yoldaşının məhkəməyə aparıldığı görüntülər yayılıb.ABŞ-ın baş prokuroru Pamela Bondi bildirib ki, Maduroya qarşı irəli sürülən ittihamlar aşağıdakılardır:"Nikolas Maduro və həyat yoldaşı Cilia Flores Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəmə tərəfindən ittiham olunublar. Nikolas Maduro narkoterrorizm törətmək üçün sui-qəsd, kokain idxalı üçün sui-qəsd, pulemyot və təxribatçı qurğular (partlayıcı maddələr) saxlamaq və ABŞ-a qarşı pulemyot və təxribatçı qurğular saxlamaq üçün sui-qəsd ittihamları ilə üzləşir. Onlar Amerika torpağında, Amerika məhkəmələrində, Amerika ədalətinin tam gücü ilə mühakimə olunacaqlar."

Bu arada, Venesuela Ali Məhkəməsi (TSJ) Maduronun həbsindən sonra vitse-prezident Delsi Rodrigezin müvəqqəti prezident vəzifəsini icra edəcəyinə qərar verdi. Bu qərara cavab olaraq Tramp dedi: "Səni də tutacağam və sən daha ağır qiymət ödəyəcəksən. Sən Madurodan daha ağır qiymət ödəyə bilərsən."

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
1
icma.az

2Mənbələr