AZ

Pxenyan: “Nüvə silahı çəkindirici amildir”

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, Şomali Koreyanın Mərkəzi telegraf agentliyinin məlumatına görə, raket buraxılışı yanvarın 4-də hipersəs silah sisteminin etibarlılığını və döyüş qabiliyyətini yoxlamaq üçün həyata keçirilib. Raketlər Pxenyan bölgəsindən şimal-şərq istiqamətində atılıb və təxminən 1000 kilometr uzaqlıqdakı hədəflərə çatıb.

Pxenyan ballistik raket buraxıb

Kim Çen In ABŞ-nin Karakasdakı hərəkətlərini birbaşa şərh etməsə də, bildirib ki, son zamanlar baş verən geosiyasi hadisələr və beynəlxalq vəziyyətdəki mürəkkəbliklər Şimali Koreyanın nüvə potensialının daha da inkişafı zərurətini təsdiqləyir. “Nikolas Maduronun həbsi Kim Çen Inın nüvə silahından imtina etməsinin intihara bərabər olduğuna inamını möhkəmləndirəcək. Bu, Koreya yarımadasında nüvə hakimiyyətinin zəiflədilməsi və ya ləğvi üzrə beynəlxalq səyləri çətinləşdirə, Pxenyanın hərəkətlərində gözlənilməzlik səviyyəsini artıra, nüvə və raket potensialının inkişafını sürətləndirə bilər”, - Könnam Universitetinin Uzaq Şərq üzrə Tədqiqat İnstitutunun professor Lim Yeul-çul vurğulayıb. Bu yaxınlarda Kim Çen Inın Şimali Koreyada silah istehsalının modernləşdirilməsinə göstəriş verdiyi barədə məlumat yayılmışdı. Xüsusən də Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibədə köməyi müqabilində Pxenyanın aldığı texnoloji nou-haulardan istifadə edə biləcəyinə diqqət çəkilir. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
azvision.az

1Mənbələr