AZ

“Zərərsiz alternativ” mifinin sonu: Elektron siqaretlərin gizli riskləri

Bakı. Trend:

"Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsinə əsasən Azərbaycanda elektron siqaretlərinidxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsiqadağan edilir.

Elektron siqaretlərin zərərləri və bu qadağanı vacib edənməsələlər barədə Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyəkomitəsinin üzvü deputat Müşfiq Məmmədli bildirib ki, elektronsiqaretlərin qadağan olunmasını əsaslandıran bir neçə mühüm səbəbvar:

“Əvvəllər elektron siqaretlər tütün və nikotindən uzaq qalmaqüçün alternativ vasitə kimi təqdim olunurdu. Lakin zamanla məlumoldu ki, bu cihazlarda istifadə olunan mayelər və onların yaratdığıpsixoloji asılılıq zərər baxımından ənənəvi tütün məhsullarındangeri qalmır.

Elektron siqaretlərin əksər növləri nikotin tərkibli olduğundanonların istifadəsinin məhdudlaşdırılması zəruri hesab edilir.Psixoloji asılılığın davam etməsi, eləcə də tərkibindəki maddələrintoksik və beyinə mənfi təsir göstərən xüsusiyyətləri ciddinarahatlıq doğurur”.

Elektron siqaretlərin istifadəsi ilə bağlımaarifləndirmə tədbirləri kifayət qədər sürətlə getmir

Müşfiq Məmmədli qeyd edib ki, ən təhlükəli məqamlardan birielektron siqaretlərin zərərsizmiş kimi reklam olunaraq gənclərəyönəldilməsidir:

“Bu amillər əvvəllər tütün və nikotindən uzaq olan gənclərin dəelektron siqaretlərə meyil göstərməsinə səbəb olur. Bazarda yeni vəmodifikasiya olunmuş elektron siqaretlərin yayılması təkcə nikotindeyil, əlavə toksik təsirlərin də artmasına gətirib çıxarır.Nəticədə bu vasitələr sağlamlığa daha geniş spektrdə zərər vurur.Bütün bunları nəzərə alaraq, Azərbaycanda da dünya təcrübəsinəuyğun şəkildə elektron siqaretlərin məhdudlaşdırılmasıistiqamətində ilkin addımlar atılıb. Məqsəd cəmiyyəti, xüsusiləgəncləri bu təhlükəli asılılıqdan qorumaqdır”.

Səhiyyə Komitəsinin üzvü maarifləndirmə məsələlərinə də diqqətçəkib. Onun sözlərinə görə, maarifləndirmə prosesi kifayət qədərsürətlə getmir:

“Əslində, tütün, nikotin və digər zərərli vərdişlərə qarşı uzunillər aparılan maarifləndirmə tədbirləri müəyyən uğurlar verib.Lakin elektron siqaretlər yenicə bazara daxil olub və cəmiyyətə çoxsürətlə yayıldığından maarifləndirmə prosesi bu sürətə yetişəbilməyib. Bu səbəbdən hazırda məhdudlaşdırıcı tədbirlərin tətbiqizəruri hesab olunur. Zamanla isə həm məhdudlaşdırıcı, həm dəmaarifləndirici tədbirlərin paralel aparılması bu sahədə uğurqazanmağımıza stimul verəcək”.

Nəzarət mexanizminin formalaşması üçün ilk addımqanunvericilikdə müvafiq dəyişikliklərin edilməsiolacaq

Deputatın sözlərinə görə, nəzarət mexanizminin formalaşması üçünilk addım qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsiolacaq:

“Dəyişikliklər təsdiqləndikdən sonra onların icrasını təminetmək üçün konkret icra mexanizmləri hazırlanacaq. Bu mexanizmlərmüvafiq qərar və təlimatlarla tənzimlənəcək. Hazırda prosesinhazırlıq mərhələsi davam edir və bu mərhələ başa çatdıqdan sonranəzarət mexanizmlərinin detalları barədə daha geniş və ətraflıməlumat veriləcək”.

Elektron siqaretlərin qapalı məkanlarda istifadəsizamanı uşaqlar ikinci dərəcəli aerozola məruz qalır

Mövzu ilə bağlı Trend-əhəkim-neonatoloq Nərmin Əzizova isə bildirib ki, son illərdəelektron siqaretlərin “zərərsiz”, “tüstüsüz” və “alternativ” məhsulkimi təqdim olunması onların qadınlar, yeniyetmələr və həttaməktəbli uşaqlar arasında yayılmasına səbəb olub:

"Tüstüsünün olmaması və xoş aromalar bu məhsulların təhlükəsizolduğu ilə bağlı yanlış təsəvvür yaradır. Halbuki elektronsiqaretlərin istifadəsi uşaq sağlamlığı üçün ciddi risk daşıyır.Nikotin güclü asılılıq yaradan maddə olmaqla yanaşı, sinir sistemi,ürək-damar sistemi və hormonal tarazlığa mənfi təsir göstərir.İnkişafda olan uşaq və yeniyetmə orqanizmi nikotin təsirlərinəxüsusilə həssasdır və erkən məruz qalma uzunmüddətli sağlamlıqproblemlərinə səbəb ola bilər.

Elektron siqaretlərin qapalı məkanlarda istifadəsi zamanıuşaqlar ikinci dərəcəli aerozola məruz qalır. Pediatrik praktikadabelə məruz qalmanın azyaşlılarda tənəffüs yollarının qıcıqlanması,allergik reaksiyalar, bronxit və astma tutmalarının artması iləmüşayiət olunduğu müşahidə olunur. Nikotinin beyin inkişafına mənfitəsiri isə diqqət, yaddaş və öyrənmə qabiliyyətinin zəifləməsi ilənəticələnə bilər. Bundan əlavə, valideyn davranışlarınınmodelləşdirilməsi uşaqlarda gələcəkdə nikotin istifadəsi riskiniartırır.

Hamilə və süd verən qadınlar üçün elektron siqaretlər xüsusitəhlükə daşıyır. Nikotinin dölə və körpəyə ötürülməsi beynin vəağciyərlərin inkişafını poza, erkən doğuş və aşağı doğum çəkisiriskini artıra bilər. Bu səbəbdən bu dövrlərdə elektron siqaretlərtəhlükəsiz alternativ hesab edilə bilməz.

Elektron siqaretlərin parlaq dizaynı və meyvə, şirniyyataromaları uşaqlar və yeniyetmələr üçün cəlbedici olub siqaretəbaşlama yaşını azaldır. Bu cür marketinq yanaşmaları uşaqları hədəfalan gizli reklam forması kimi qiymətləndirilə bilər. Ümumilikdə,elektron siqaretlərin uşaqlar və yeniyetmələr üçün uzunmüddətlinəticələri nikotin asılılığı, psixoloji bağlılıq və gələcəkdə digərzərərli vərdişlərə keçid riskinin artması ilə xarakterizəolunur.".

Həkimin sözlərinə görə, nəticədə elektron siqaretlər zərərsizalternativ deyil və xüsusilə uşaqlar, yeniyetmələr və qadınlar üçünciddi sağlamlıq riskləri yaradır. Bu təhlükənin qarşısının alınmasıüçün ailə, cəmiyyət və dövlət səviyyəsində ardıcıl və məqsədyönlütədbirlərin görülməsi zəruridir.

Azərbaycanda da elektron siqaretlərin satışına dair tamtənzimləyici mexanizmlərin olmaması bu məhsulların yeniyetmələrarasında geniş istifadəsinə yol açır

Mövzu ilə bağlı Trend-əpsixiatr Sevinc Ərəbli qeyd edib ki, elektron siqaretlər yayılmağabaşlayanda onların zərəri və insan sağlamlığına təsirləri ilə bağlıyetərli tədqiqatlar mövcud deyildi:

“Elektron siqaretlər dünyada ilk dəfə 2006–2007-ci illərdə genişyayılmağa başladı. O dövrdə bu məhsullar yeniliyi ilə seçildiyiüçün onların zərəri və insan sağlamlığına təsirləri barədə kifayətqədər tədqiqat mövcud deyildi. Gənclər arasında sürətləpopulyarlaşmasının əsas səbəblərindən biri, satışına yaşməhdudiyyətinin qoyulmaması idi. Klassik siqaretlərdə olduğu kimi18 yaşdan aşağı şəxslərə satış qadağan edilmədiyi üçün elektronsiqaretlər yeniyetmələr arasında daha da yayıldı.

Hazırda Azərbaycanda da elektron siqaretlərin satışını tamtənzimləyən mexanizmlərin olmaması bu məhsulların yeniyetmələrarasında geniş istifadə olunmasına şərait yaradır. Elektronsiqaretlərin müxtəlif növləri mövcuddur və onların tərkibindəkinikotin miqdarı fərqlidir. Bəzi məhsullarda nikotin olmasa da,tərkibindəki digər kimyəvi maddələr insan sağlamlığı üçün təhlükədaşıyır”.

Psixiatr vurğulayıb ki, elektron siqaretlərin dizayn baxımındandaha cəlbedici olması, xüsusilə gənclər arasında onu “elit” və ya“zəngin görünüşlü” bir vasitə kimi qəbul etmələrinə səbəb olur.Onun sözlərinə görə, tibb mütəxəssisləri bu meylin aradanqaldırılması üçün həm qanunvericilik, həm də maarifləndirməistiqamətində ciddi addımların atılmasının vacibliyinivurğulayırlar.

Xatırladaq ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq SəhiyyəNazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimaisağlamlıq şöbəsinin müdiri Tofiq Musayev Heç vaxt siqaretçəkməyənlər arasında elektron siqaret nikotin asılılığına girişqapısı rolunu oynadığını qeyd etmişdi.

Onun sözlərinə görə, elektron siqaretlərin qapalı məkanlardazərərsiz olduğu düşüncəsi ən böyük səhvlərdən biridir:

"İnsanların çoxu elektron siqaretin sadəcə su buxarı ifrazetdiyini düşünür. Əslində isə bu, tərkibində nikotin, ultra-kiçikhissəciklər, ağır metallar (məsələn, nikel və qurğuşun) və xərçəngyaradan kimyəvi maddələr (məsələn, formaldehid) olan biraerozoldur. Bu maddələr otaqdakı hər kəs tərəfindən tənəffüsedilir. Elektron siqaret buxarı adi siqaret tüstüsü kimi qatıolmasa da, onun tərkibindəki hissəciklər daha kiçikdir. Buultra-kiçik hissəciklər havada uzun müddət qalır və nəfəs aldıqdaağciyərlərin ən dərin yerlərinə, oradan isə birbaşa qana keçəbilir. Bu, ətrafdakı şəxslərdə boğaz və göz qıcıqlanmasına, öskürəkvə nəfəs darlığına, astma xəstəliyi olanlarda kəskin tutmalarasəbəb olur. Elektron siqaret istifadə edildikdən sonra otaqdakısəthlərdə (masalar, divarlar, xalçalar və hətta pərdələr) nikotinvə kimyəvi qalıqlar toplanır. Bu qalıqlar zamanla havaya yenidənqarışa və ya təmas yolu ilə bədənə daxil ola bilər. Digər tərəfdən,uşaqlar və hamilələr üçün ciddi sağlamlıq riskləri yaranır. Passivşəkildə elektron siqaret aerozoluna məruz qalmaq uşaqlarda ağciyərinkişafının ləngiməsinə və beyin funksiyalarına mənfi təsirgöstərir, hamilələrdə isə nikotin plasenta (cift) vasitəsilə döləkeçərək inkişaf riskləri yarada bilər.

Hüquqi tərəfdən məsələyə nəzər yetirsək, Azərbaycanda "Tütünməmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunaəsasən, elektron siqaretlər adi siqaretlərlə bərabər tutulur. Bu odeməkdir ki, adi siqaretin çəkilməsi qadağan olunan bütün qapalıictimai yerlərdə elektron siqaret istifadəsi də qanunla qadağandırvə cərimə sanksiyaları nəzərdə tutulur".

Elektron siqaretdən uzunmüddətli istifadə ciddi ağciyərzədələnmələrinə səbəb olur, ağciyər xərçəngi riskiniartırır

Mütəxəssis bildirib ki, elektron siqaret istifadəçiləri özlərinisağlamlıqla bağlı təhlükəli risklərə məruz qoyurlar:

"Burada ağciyər zədələnmələri xüsusi yer tutur. Belə ki,elektron siqaret mayelərinin tərkibindəki dadlandırıcılar vəkimyəvi maddələr ağciyərlərin dərinliklərinə nüfuz edərək ciddixəstəliklərə yol aça bilər, hətta gözlənilməz və ölümcül nəticələrəsəbəb ola bilər. Elektron siqaretlərlə bağlı ən ciddi tibbi həyəcantəbili 2019-cu ildə ABŞ-da kütləvi ağciyər zədələnmələri (EVALIsindromu) baş verdikdə çalındı. Məsələn, elektron siqaretlərintərkibindəki Vitamin E Asetat normalda qida əlavəsi və ya dəriyəqulluq vasitəsi kimi tamamilə zərərsiz olduğu halda, buxarvasitəsilə ağciyərlərə daxil olduqda tamamilə fərqli nəticə verir.Bu maddə yağlı bir quruluşa malikdir. Buxar halında ağciyərlərin əndərin nöqtələrinə (alveollara) çatdıqda yenidən mayeləşir vəağciyər toxumasını bir təbəqə kimi örtür. Nəticədə ağciyərlərinoksigen qəbul etməsinə mane olur və kəskin iltihaba səbəb olur. Buvəziyyət EVALI (E-cigarette or Vaping use-Associated Lung Injury)adlanır. Digər maddə Diasetil adlanır, elektron siqaret mayelərinədad (xüsusilə meyvəli və şirin dad) vermək üçün istifadə olunan birkimyəvi maddədir. Bu maddə tənəffüs yollarındakı ən kiçikbronxiolların çapıqlaşmasına və daralmasına səbəb olur. Təbabətdəbuna "popkorn ağciyər" ya da “bronxiolit obliterans” deyilir.Beləliklə geri dönməz bir vəziyyət yaranır və tənəffüsçatışmazlığına yol açılır. Digər təhlükə cihazın qızdırıcıspiralından buxara keçən qurğuşun, nikel və xrom kimi ağırmetalların birbaşa tənəffüs sisteminə daxil olmasıdır. Bumikroskopik metal hissəcikləri buxarla birlikdə ağciyər toxumasınayapışır. Uzun müddətdə bu, həm ağciyər xərçəngi, həm də daxiliorqanların, məsələn, böyrəklərin zədələnməsi riskini artırır.Elektron siqaretlərdən istifadəsi onun tərkibindəki maddələrə dairallergiyaların yaranmasına və ya belə halların, o cümlədən astmaxəstəliyinin kəskinləşməsinə, xroniki bronxit əlamətlərin tez-tezmüşahidə edilməsinə, yeni tənəffüs problemlərinin, həmçinin ağızboşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur.Orqanizmin digər orqanları, o cümlədən ürək-damar sistemi də cidditəsirə məruz qalır".

Seçilən
50
41
az.trend.az

10Mənbələr