AZ

“Yuventus“ baş məşqçisi ilə müqaviləsini uzadır

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Yuventus" klubu baş məşqçisi ilə müqaviləsini uzatmaq istəyir.

Moderator.az Calciomercato.it-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Luçano Spalettinin işindən razıdır.

Belə ki, onlar keçən ilin oktyabrından "Yuventus"u idarə edən italiyalı baş məşqçi ilə 2028-ci ilin yayına qədər müqavilə yeniləməyi düşünürlər.

Qeyd edək ki, hazırda "Yuventus" İtaliya A seriyasında 33 xalla 4-cü yerdə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
1
moderator.az

2Mənbələr