AZ

Paolo Maldini Nikolas Maduronun saxlanılaraq ABŞ yə aparılmasına münasibət bildirib FOTO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Milan”ın sabiq futbolçusu Paolo Maldini Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilərək ABŞ-yə aparılmasına reaksiya verib.

İdman.Biz xəbər verir ki, 57 yaşlı əfsanəvi futbolçu fikirlərini öz sosial şəbəkə hesabında yazıb.

O, paylaşımında “27 illik diktaturadan sonra Venesuela azaddır” cümləsini yazıb.

P.Maldininin bu açıqlaması qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, sabiq futbolçunun Venesuela vətəndaşlığı var. Paolo Maldini Venesuelada doğulan keçmiş model Adriana Fossa ilə evlidir və onların övladları həm İtaliya, həm də Venesuela vətəndaşlığına malikdirlər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
1
icma.az

2Mənbələr