AZ

Dişdə çürüməyin qarşısını necə almaq olar? ARAŞDIRMA

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Minnesota Universitetinin alimləri kariesin yaranmasının qarşısını almağa kömək edən yeni və gözlənilməz üsul aşkar ediblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "NPJ Biofilms and Microbiomes" elmi jurnalında dərc olunub.

Tədqiqatçılar bildirirlər ki, ağız boşluğundakı bakteriyalar bir-birindən təcrid olunmuş şəkildə yaşamır. Onlar “kvorum-sensinq” adlanan mexanizm vasitəsilə siqnal molekulları ilə qarşılıqlı əlaqə qurur və bununla da gen aktivliyini, davranışlarını və hansı bakteriya növlərinin üstünlük təşkil edəcəyini tənzimləyirlər. Məhz bu balans diş mikrobiotasının sağlam qalmasını və ya karies və diş əti xəstəlikləri istiqamətində dəyişməsini müəyyən edir.

Alimlər laboratoriya şəraitində diş ərpi modellərini araşdıraraq bəzi bakteriyaların istifadə etdiyi N-asilhomoserinlakton (AHL) adlı siqnal molekullarına diqqət yetiriblər. Məlum olub ki, xüsusi fermentlər bu siqnalları bloklaya və bakteriyaların bir-biri ilə “ünsiyyətini” zəiflədə bilir.

Bu müdaxilə nəticəsində diş əti iltihabı ilə əlaqəli mikroorqanizmlərin aktivliyi azalır, eyni zamanda sağlam ağız boşluğuna xas bakteriyaların artımı stimullaşır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, diş ərpinin formalaşması bir ekosistemin inkişafını xatırladır. Əvvəlcə nisbətən zərərsiz bakteriyalar səthi tutur, lakin əlverişsiz şəraitdə daha aqressiv növlər — o cümlədən parodontitlə sıx bağlı olan Porphyromonas gingivalis — üstünlük qazanır.

Araşdırmanın müəllifi, biokimyaçı Mikael Elias qeyd edib:“Bakteriyaların bir-biri ilə ünsiyyət üçün istifadə etdiyi kimyəvi siqnalları pozmaqla diş ərpinin tərkibini sağlam ağız boşluğu ilə əlaqəli istiqamətə yönəltmək mümkündür”.

Alimlərin qənaətinə görə, bu yanaşma gələcəkdə kariesin profilaktikasında yeni və effektiv üsulların hazırlanmasına yol aça bilər.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
1
redaktor.az

2Mənbələr