AZ

İspaniya Aİ ni ABŞ a sərt cavab vermədiyinə görə tənqid etdi

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Avropa Birliyini (AB) Venesuelaya hərbi müdaxilə edən və prezident Nikolas Maduronu saxlayan ABŞ-a "sərt cavab" vermədiyinə görə tənqid edib.Turkustan.az xəbər verir ki, İspaniyanın Cadena Ser radiosuna danışan Albares ABŞ-ın Venesuelaya hücumunu və Maduronun saxlanılmasını "beynəlxalq hüququn açıq şəkildə pozulması" kimi xarakterizə edib."Bu, gələcək üçün çox təhlükəli bir presedent yaradır. Biz güclülərin qanununa, cəngəllik qanununa tabe olmayacağıq", - deyən İspaniya xarici işlər naziri əlavə edib: "Güc tətbiqi sabitlik deyil, xaos gətirir. Mən Aİ-dən daha güclü bir bəyanat gözləyərdim".Güc tətbiq etməklə hökumət dəyişikliklərinin sabitlik gətirmədiyini, əksinə xaosa səbəb olduğunu iddia edən Albares, "Sülh və demokratiya həmişə suverenliyə hörmətdən asılıdır" dedi.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
97
1
icma.az

2Mənbələr