AZ

Marneuli bazarında qanlı cinayət: Şübhəlinin qaçış anları yayıldı - VİDEO

Gürcüstanın Marneuli bazarında insidenti törədən şəxsin hadisə yerindən anbaan qaçış görüntüləri yayılıb

7News.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, 4 yanvar günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verən qanlı cinayəti törədən şəxsin ətrafdakı təhlükəsizlik kameralarından əldə edilən görüntülərinə əsasən onun gənc oğlan olduğu müəyyən edilib.

Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.

Qeyd edək ki, Marneulidə qızıl mağazasının sahibi olan Telman Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib.

YaralılarMarneulidə yerləşən klinikalara yerləşdirilib. Telman Bayramov müalicə aldıqdan sonra "GeoHospital” klinikasından evə buraxılıb. 26 yaşlı Sahib Bayramov isə "Aversi” klinikasında həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Cinayətkarın hadisə yerindən qaçış görüntüləri təqdim edirik:
 


Seçilən
41
1
7news.az

3Mənbələr