"Araz-Naxçıvan" qış təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, 2026-cı ilin ilk məşqinə yeni baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə çıxan komandanın hazırlıq prosesində 12 futbolçu iştirak edib.
Legionerlərdən Bruno Franko məşqdə yer alıb, digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.