Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“ABŞ mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinad edərək İranın ali rəhbəri Əli Xamaneinin Moskvaya qaçacağı ilə bağlı xəbər yayımlayıb. Mərkəzi Kəşfiyyat İdarəsi bu xəbəri məqsədli şəkildə yayıb”.
“AzPolitika” bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, məqsəd İranda etiraz dalğasının genişlənməsini təmin etmək və mühafizəkarlar arasında fikir ayrılığı yaratmaqdır:
“Çünki bu xəbər İranda müzakirə mövzusuna çevriləcək. Mühafizəkarlara rəhbərlik edərlər hələ qaçmağa deyil, iğtişaşları silah gücünə yatırmağa üstünlük verirlər. Ancaq əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə, həqiqətən ali rəhbərin qaçırılması ssenarisi işə düşəcək”.
Politoloq hesab edir ki, bu halda ali rəhbərin alternativi çox deyil. Mərhum Xomeyni şaha qarşı mübarizəyə Paris yaxınlığından rəhbərlik edirdi. Həmin dövrdə Avropada və Fransada hesab edirdilər ki, Xomeyni şah rejiminin yerində normal hakimiyyət formalaşdıracaq. “Ümidlər boşa çıxdı. Avropa bu dəfə aldanmayacaq, Qərb ölkələri 1979-cu ildən bu yana molla rejiminin nəyə qadir olduğunu anlayıb. Ona görə ali rəhbəri qəbul edəcək ölkələr Rusiya və Çin ola bilər. Bəşər Əsəd Rusiyanı seçdi, ali rəhbər də dostunun seçiminə üstünlük verər. Ancaq İran hələ o mərhələyə çatmayıb”, - E.Şahinoğlu vurğulayıb.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.