Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Hoffenhaym" digər Bundesliqa klubu "Borussiya"nın (Dortmund) hücumçusu Koul Kempbelli icarəyə götürüb.
Fanat.Az xəbər verir ki, məlumatı "ağ-mavilər"in mətbuat xidməti məlumat yayıb.
19 yaşlı amerikalı cari mövsümün sonunadək "Hoffenhaym"in uğurları üçün çalışacaq.
"Transfermarkt" portalı bu keçidin eyniadlı şəhərin təmsilçisinə 1,5 milyon avroya başa gəldiyini bildirib.
Qeyd edək ki, Kempbell "Borussiya"nın gənclərdən ibarət komandasında 35 matça çıxaraq 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. O, əsas komandada 7 görüşdə iş başında olub.
Kamil Xudiyev
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.