ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Türkiyənin Düzce şəhərində yol qəzası olub.
525.az yerli mediaya istinadən xəbər verir ki, qəza şəhərin Üçköprü ərazisində baş verib.
Avtomobil sürücünün sükanı itirməsi nəticəsində idarəetmədən çıxıb və yolun kənarındakı polad maneələrə çırpılıb.
Hadisə yerinə yanğınsöndürmə və tibb briqadaları, eləcə də polis qrupları göndərilib.
Qəzada sürücü və bir sərnişin hadisə yerində həlak olub. Yanğınsöndürmə briqadalarının dağıntılar arasından çıxardığı cəsədlər hadisə yerində prokurorun müayinəsindən sonra morqa aparılıb.
Qəza ilə bağlı araşdırma başlayıb.
İsgəndər Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.