AZ

“Araz-Naxçıvan” qış toplanışına 12 futbolçu ilə başlayıb

Bakı, 5 yanvar, AZƏRTAC

“Araz-Naxçıvan” məşqlərini bərpa edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan təmsilçisi 2026-cı ildə ilk məşqinə çıxıb.

Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə keçirilən hazırlıq prosesində 12 futbolçu yer alıb. Legionerlərdən Bruno Franko məşqdə iştirak edib, digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.

 

Seçilən
35
6
azertag.az

7Mənbələr