AZ

Maduronun həbsi neft bazarına necə təsir göstərəcək? İlham Şaban AÇIQLADI

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Venesuela neftinin çıxarılmasının sürətləndirilməsi, idarə edilməsi və ixracının yenidən təşkili üçün yerli hökumətin bir sıra qanunlara dəyişikliklər etməsi lazımdır. Ümumilikdə isə ABŞ şirkətlərinin Venesuelanın neft sənayesində aktivliyi üçün aralıq deyiı, legitim hakimiyyətin qərarları lazımdır. Təbii ki, buna da müəyyən zaman tələb olunur”.Bunu Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.O bildirib ki, Venesuela hazırda gündəlik olaraq ortalama 900 min barel neft istehsal edir, amma ixraca yönəldilən həcmlər 700 min bareldən aşağıdır:“Hazırda dünyada gündə 103 mln bareldən çox neft hasil edilir. Yəni ümumi hasilatda Venesuelanın payı cəmi 0,87% ətrafındadır.  İkinci bir tərəfdən Venesuela neftinin 85%-i cəmi bir ölkəyə - Çinə ixrac edilir. Digər 5%-i Kubaya yönəldilir. Bu da Venesuelaya qarşı ABŞ sanksiyalarının təsirindən qaynaqlanır. Yəni real olaraq digər ölkələrə təqribən günlük 70 min barel neft satılır. Bu da çox cüzi bir həcmdir. Venesuela neftinə dünya bazarında elə bir tələbat da olmayıb, çünki ağır, yüksək kükürdlü neftin bazarda alıcıları çox deyil, bunun üçün məhz ağır neftin emalı üçün nəzərdə tutulan neft emalı zavodları olmalıdır”. O deyib ki, ona görə də Venesuela nefti xeyli ucuz qiymətə satılan neft markası hesab edilir:“Hətta qısa müddətdə Venesuela neftinə qarşı sabksiyalar götürülsə, ABŞ şirkətləri orada işlərə cəlb edilsə belə, orada hasilatı cari ilin ortasında cəmi 25-30% artırmaq münkündür. Bu isə qlobal bazar üçün təsir gücü olan bir həcm deyil. Mən istisna etmirəm ki, bu həftə neft qiymətləri azalmağa başlayacaq, çünki Venesuela hadisələrinin bazara emosional təsiri bir reallıqdır, amma müvəqqəti xarakter daşıyacaq amildir. Çünki bazarlarda vəziyyətə daha çox OPEC+ ölkələrinin çıxardığı qərarlar və atdığıaddımlar da təsir edir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
demokrat.az

2Mənbələr