AZ

Baş Prokuror Pirallahı və Xəzər rayon sakinlərinin müraciətlərini dinləyəcək

Dogru.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş prokuror Kamran Əliyev yanvarın 9-u saat 10:00-da Pirallahı Rayon Prokurorluğunun inzibati binasında Pirallahı və Xəzər rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərini dinləyəcək.

Doğru.az xəbər verir ki, vətəndaşlar müraciətlərini Pirallahı və Xəzər Rayon prokurorluqlarına yazılı və ya şifahi şəkildə təqdim edə, həmçinin Baş Prokurorluğun telefon nömrələri, elektron poçt ünvanı və sosial şəbəkə səhifələri vasitəsilə də qəbula yazıla bilərlər:

(012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48

Bakı Şəhər Prokurorluğu: (012) 361-02-44

[email protected]

Sosial şəbəkələr: Instagram, Facebook, X.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
2
dogru.az

10Mənbələr