AZ

Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığınavə bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Başprokuror Kamran Əliyev cari il yanvarın 16-da, saat 10:00-da Şirvanşəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul,Salyan, Neftçala və Biləsuvar rayon sakinlərinin qəbulunukeçirəcək.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatverilib.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinəgəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyatakeçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər)prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, BaşProkurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin(012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəlitelefonları, [email protected] elektron poçt ünvanı,həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram,Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Seçilən
86
16
az.trend.az

10Mənbələr