AZ

Bu il maaş və pensiyalar nə qədər artırılacaq?

"Sosial istiqamətdə bir sıra artımlar qanunvericiliklə tənzimlənir. "Əmək pensiyaları haqqında" qanuna əsasən, 2026-cı ildən etibarən əmək pensiyalarının əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinin indeksləşdirilərək artırılması nəzərdə tutulub".

Publika.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ondan xəbər verir ki, bu il əmək pensiyaları orta hesabla 9,2% indeksləşdirilərək artırılacaq:

"Artım bütün növ əmək pensiyalarını əhatə edəcək. Belə ki, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlar olacaq. Təxminən 1 milyon 100 mindən artıq vətəndaşımızın pensiya məbləğlərində artımların olacağı gözlənilir. Eyni zamanda ehtiyac meyarının artırılması nəticəsində ünvanlı sosial yardımın məbləği artacaq. Ünvanlı sosial yardımın məbləğində artımların olacağı gözlənilir. Bu, yeni ünvanlı sosial yardım alacaq vətəndaşlarımıza şamil olunacaq".

Seçilən
95
7
publika.az

8Mənbələr