AZ

Azərbaycanlı aktyor ikinci xanımını QAÇIRIBMIŞ...

Tanınmış aktyorlar Elvin və Elvina Atakişiyevlər "Öz aramızda" verilişinin qonağı olublar. Proqramda cütlüyün şəxsi həyatına dair maraqlı detallar üzə çıxıb.

Publika.az-ın məlumatına görə, məlum olub ki, Elvin və Elvinanın ailə qurmasına hər iki tərəfin ailəsi əvvəlcə qarşı çıxıb. Aktyor Elvin Ağayev bildirib ki, 7 il əvvəl Elvinanı qaçırıb və qısa müddət sonra adət-ənənəyə uyğun şəkildə toy mərasimi keçirilib.

Bundan başqa, Elvin Ağayev ilk evliliyi ilə bağlı da səmimi açıqlamalar verib. O qeyd edib ki, ilk dəfə 24 yaşında evlənib və bu qərarda ailə təzyiqi olub:

"İlk dəfə 24 yaşımda öz istəyimlə evləndim, amma ailə tərəfindən 'evlən' deyə təzyiq də var idi. İndi Elvinaya deyirəm ki, əslində insan hər şeyi 31-32 yaşında dərk edir, elə mən o vaxt evlənməli idim".

Aktyor bildirib ki, Elvina ilə tanış olanda rəsmi olaraq 2 il idi boşanmışdı, ümumilikdə isə təxminən 4 il ayrı yaşamışdı. Keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsinin olmadığını deyən Elvin, yalnız övladları ilə münasibət saxladığını vurğulayıb:

Seçilən
16
3
publika.az

4Mənbələr