İsveçrə Maduroya məxsus ölkədəki bütün aktivləri dondurmaq qərarına gəlib
İsveçrə Federal Şurası ABŞ tərəfindən saxlanılan Venesuela prezidenti Nikolas Maduroya məxsus və onunla əlaqəli şəxslərin ölkədəki bütün aktivlərini dondurmaq qərarına gəlib.
İsveçrə hökuməti məsələ ilə bağlı yazılı açıqlama yayıb.Bəyanatda deyilir: "Federal Şura Venesuela prezidenti Maduro və onunla əlaqəli digər şəxslərə məxsus İsveçrədəki bütün aktivləri dərhal dondurmaq qərarına gəlib".
Bəyanatda qərarın aktivlərin xaricə axınının qarşısını almağa yönəldiyi və bunun hazırkı Venesuela hökumətinin üzvlərinə təsir etmədiyi izah edilib.
Bəyanatda əlavə edilib ki, "Əgər gələcək məhkəmə prosesləri vəsaitlərin qanunsuz yolla əldə edildiyini aşkar edərsə, İsveçrə onların Venesuela xalqına fayda verməsini təmin etməyə çalışacaq. Aktivlərin dondurulması qərarı, 2018-ci ildən bəri Embarqo Qanunu çərçivəsində qüvvədə olan Venesuelaya qarşı sanksiyalara əlavədir".
aia.az
Tərcümə şöbəsi