Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Səbail"in qış hazırlıq planı bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışını "ASCO Arena"da keçirəcək.
Qeyd edək ki, hazırlıq mərhələsi çərçivəsində "Səbail" 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi barədə məlumat hələki açıqlanmayıb.