AZ

Ərzaq qiymətləri 5,5 faiz artıb

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Özbəkistanda 2025-ci il ərzində ərzaq qiymətləri orta hesabla 5,5 faiz artıb.Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Milli Statistika Komitəsi məlumat yayıb. Komitənin məlumatında bildirilib ki, qeyd edilən dövrdə qeyri-ərzaq qiymətlərində isə 5,1 faiz artım qeydə alınıb. Bu dövrdə xidmətlər sahəsində də 13,9 faiz artım baş verib.Ümumilikdə, Özbəkistanda 2025-ci ilin sonunda illik inflyasiya səviyyəsi 7,3 faiz təşkil edib.Bu göstərici 2024-cü ildəki 12 faizdən xeyli aşağıdır və son doqquz ildə ən aşağı inflyasiya səviyyəsi kimi qeydə olunur. Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
newscenter.az

2Mənbələr