AZ

Özbəkistanda qeyri dövlət sektorunun payı 85 faizə çatdırılacaq

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özbəkistan 2030-cu ilə qədər 16 növ dövlət inhisarını tədricən ləğv etməyi planlaşdırır. Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın İnkişaf Strategiyasında qeyd edilib.Strategiyadakı plana əsasən, 2026-cı ildə altı, 2027-ci ildə dörd, qalan illərdə isə hər il iki inhisar ləğv ediləcək.Məqsəd iqtisadiyyatda qeyri-dövlət sektorunun payını 2026-cı ilə qədər 62 faizə, 2030-cu ilə qədər isə 85 faizə çatdırmaqdır.Strateji faydalı qazıntı yataqlarının yerli sahibkarlara verilməsi təcrübəsi də genişləndiriləcək. Qızıl, gümüş, əlvan metallar, volfram, kömür və əlvan metal yataqları üçün verilən icazələrin sayının dörd dəfə artırılması planlaşdırılır.Layihə dövlət satınalmalarında birbaşa satışın payının azaldılmasını və açıq tenderlərin payının 70 faizə çatdırılmasını nəzərdə tutur.Bundan əlavə, rəqabət mühitinin qiymətləndirilməsinin aparılacağı sektorların sayı mal, maliyyə, xidmətlər və rəqəmsal bazarları əhatə edən 20-yə çatdırılacaq. Pərakəndə ticarətdə istehlak mallarının keyfiyyətini və təhlükəsizliyini yoxlamaq üçün nəzarət alışlarının sayı 400-ə çatdırılacaq.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
120
newscenter.az

1Mənbələr