"Beşiktaş" klubu "Çelsi"nin oyunçusuna transfer təklifi yollamaq niyyətindədir.
Azreform.info xəbər verir ki, İstanbul klubu İngiltərə təmsilçisinin ehtiyat qapıçısı Filip Yörgensenə elçi düşüb.
"Beşiktaş" danimarkalı qolkiperi 1.5 illik icarəyə götürmək üçün təklif yollayıb. London klubu isə bu təklifə hələ cavab verməyib.
Qeyd edək ki, Filip Yörgensen 2024-cü ilin yayında "Vilyarreal"dan "Çelsi"yə transfer olunub.(oxu.az)