AZ

Rusiya ABŞ-ı Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırır



Rusiya Birləşmiş Ştatları Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.

Rusiyalı diplomat bildirib ki, Moskva Prezident Nikolas Maduro və həyat yoldaşının ABŞ-da və bu gündən etibarən, bildiyimiz kimi, Nyu-Yorkda olması barədə təsdiqlənmiş məlumatlar nəzərə alınmaqla, Amerika rəhbərliyini müstəqil dövlətin qanuni seçilmiş prezidentini və həyat yoldaşını dərhal azad etməyə çağırır. O, BMT Təhlükəsizlik Şurasının Venesueladakı vəziyyətlə bağlı iclasında bunları deyib.

Anar
Seçilən
53
newscenter.az

1Mənbələr