AZ

“Fənərbağça” Superkubok matçına itkilərlə çıxacaq

"Fənərbağça" Türkiyə Super Kubokunun yarımfinal oyunu çərçivəsində "Samsunspor"la üz-üzə gələcək.

Paralel.az xəbər verir ki , İstanbul nəhəngi matça ciddi itkilərlə çıxacaq.
 

5 futbolçu komandaya kömək edə bilməyəcək. Nelson Semedo, Edson Alvaress, Fred, Anderson Talişka və Arçi Braunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Adıçəkilən oyunçular zədəlidir.


Qeyd edək ki, "Fənərbağça" - "Samsunspor" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Seçilən
71
3
paralel.az

4Mənbələr