AZ

Maduro məhkəmədə özünü günahsız elan etdi

Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

CNN-in məlumatına görə, Venesuela lideri Nikolas Maduro Nyu-Yorkda keçirilən məhkəmə iclasında özünü günahsız hesab etdiyini bildirib.

Doğru.az xəbər verir ki, telekanal Maduronun məhkəmədə dediyi sözləri sitat gətirib: “Mən günahsızam, mən günahsızam… Mən layiqli insanam”.

Həmçinin qeyd olunub ki, Maduro məhkəmədə çıxışı zamanı hələ də özünü Venesuelanın prezidenti hesab etdiyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Venesuela liderinin Nyu-Yorkda məhkəmə zalına gətirildiyi barədə məlumat yayılmışdı. Yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyata başlayıb, prezident Nikolas Maduro və onun həyat yoldaşı həbs edilərək sürgün olunub. Daha sonra Maduro Bruklində yerləşən həbsxanaya aparılıb.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
dogru.az

2Mənbələr