AZ

BMT-dən ABŞ-a açıq mesaj: "Venesuelaya zərbədən sonra heç bir rəsmi izahat verilməyib" » AzadMedia.az


Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatdan sonra Vaşinqtondan heç bir rəsmi açıqlama və ya izahat almayıb. Bu barədə BMT Baş katibi Antonio Quterreşin ofisinin nümayəndəsi məlumat verib.
Bildirilib ki, beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olan bu hadisə ilə bağlı BMT-yə ABŞ tərəfi tərəfindən hər hansı rəsmi şərh təqdim olunmayıb. Qurumun mövqeyinə görə, belə addımlar beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsipləri baxımından xüsusi diqqət və şəffaf izahat tələb edir.
Baş katibin nümayəndəsi vurğulayıb ki, BMT bütün üzv dövlətləri güc tətbiqindən çəkinməyə, mübahisələri dialoq və diplomatik yollarla həll etməyə çağırır. Xüsusilə suveren dövlətlərə qarşı hərbi əməliyyatlar zamanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasının vacibliyi qeyd edilib.
Qeyd edək ki, ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi zərbə beynəlxalq arenada ciddi rezonans doğurub. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar bu addımı pisləyərək, baş verənlərin aydınlaşdırılmasını və hüquqi qiymət verilməsini tələb edirlər. Bu fonda BMT-nin ABŞ-dan heç bir rəsmi mövqe almaması Vaşinqtonun atdığı addımlarla bağlı sualları daha da artırır.
Seçilən
34
1
azadmedia.az

2Mənbələr