AZ

Dünyada hər gün 40 milyondan çox insan səhiyyə ilə bağlı suallarla ChatGPT-yə müraciət edir » AzadMedia.az


OpenAI şirkətinin araşdırmasına görə, dünyada hər gün 40 milyondan çox insan səhiyyə mövzularında ChatGPT-dən istifadə edir. Məlumata əsasən, çat-bota daxil olan bütün sorğuların 5 faizdən çoxu tibbi məsələlərlə bağlıdır. ABŞ-da aparılan sorğu göstərib ki, istifadəçilər süni intellektdən əsasən simptomları yoxlamaq, tibbi terminləri anlamaq, həkim tövsiyələrini dəqiqləşdirmək, müalicə üsullarını öyrənmək, eləcə də tibbi sığortaları müqayisə etmək və xidmətlərin ödənişi ilə bağlı məsləhət almaq üçün yararlanırlar. Qeyd olunur ki, bu müraciətlərin böyük hissəsi tibb müəssisələrinin qapalı olduğu saatlarda baş verir və bu da ABŞ səhiyyə sisteminin mürəkkəbliyi ilə izah olunur
Seçilən
36
1
azadmedia.az

2Mənbələr