Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, bu gün Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəza zamanı hadisə yerində həyatını itirən 60 yaşlı Vüqar İmanovun oğlu, xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Tərlan İmanov da orada vəfat edib.
Məlumata görə, taksi sürücüsü, Sabirabad rayonunun Muğangəncəli kənd sakini, 32 yaşlı Coşqun Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə həmkəndlisi, Moskvada yaşayan və Yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geri dönüş üçün aeroporta aparırmış.
Xəsarət alan digər sərnişinlər də ailənin yaxınları olub.
Qeyd edək ki, mərhumun oğlu, 37 yaşlı Tərlan İmanov Çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş.
Surxay Şahbazov
![]()
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.