“Real”ın hücumçusu Vinisius Junior karyerasını Premyer Liqada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” braziliyalı futbolçunun transferində maraqlıdır. London klubu bu keçid üçün “Real”a ümumilikdə 150 milyon avro təklif etməyə hazırdır.
Məbləğin 125 milyonu zəmanətli, 25 milyonu isə bonuslar şəklində nəzərdə tutulur.
Qeyd olunur ki, Vinisius hələ Madrid klubu ilə yeni müqavilə barədə razılıq əldə etməyib. Onun “Real”la mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.