Venesuelanın sabiq prezidenti Nikolas Maduro ilə bağlı cinayət işi 92 yaşlı hakim Alvin Hellerstein tərəfindən nəzərdən keçirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC New York məlumat yayıb.
Hellerstein ABŞ-da uzunmüddətli və nüfuzlu kariyeraya malikdir. O, 1998-ci ildə Prezident Bill Klinton tərəfindən federal dairə hakimi təyin olunub. Karyerası ərzində bir sıra rezonans doğuran işlərdə sədrlik edib, o cümlədən: ABŞ Prezidenti Donald Trampın porno ulduza sükut müqabilində ödəniş etməsi, 11 sentyabr 2001-ci il terror aktları və Sudandakı genosid kimi məhkəmə işləri.

AP xəbər agentliyinin məlumatına görə, Hellerstein ilk məhkəmə iclasında bildirib ki, onun əsas məqsədi ədalətli məhkəmə prosesi təmin etməkdir. Eyni zamanda qeyd olunur ki, Maduronun işi, hakim üçün karyerasında ən böyük və çətin iş ola bilər.
Məhkəmə prosesi ABŞ və beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və geniş rezonans doğurmaqda davam edir.