AZ

5,4 milyon manatlıq balıq

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaponiyada, Toyosu balıq hərracında 243 kq-lıq tuna balığı rekord məbləğə satılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan restoran sahibi 1 balığa görə 510 milyon yen ödəyib.

Bu, təxmini 5 milyon 440 min manat deməkdir. Aomori prefekturasının şimal sahillərində tutulmuş balığın bu qədər baha satılmasına  əsas səbəb illərdir davam edən ənənədir. Belə ki, alıcılar ilin ilk hərracında ilk lotu almaqla ilin onlar üçün uğurlu olacağına inanırlar.

Yeri gəlmişkən,  bundan əvvəlki rekord 1999-cu ildə qeydə alınmışdı. Həmin vaxt Tuna balığı 2,9 milyon dollara, yəni, indiki kursla 5 milyon manata yaxın məbləğə satılmışdı.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
104
525.az

1Mənbələr