Bakı. Trend:
Çilidəki mədəndə baş verən tətil səbəbindən dünya bazarına mistədarükünün azalacağı ilə bağlı artan narahatlıqlar fonunda bazarertəsi axşam saatlarında misin qiyməti rekordları yeniləməyə davamedir.
Trend xəbər verir ki, LondonMetal Birjasında (LME) mis füçerslərinin qiyməti 4,3% artaraq ilkdəfə bir ton üçün 13 min dollar həddini keçib.
Ötən il ərzində misin qiyməti 42% artaraq, 2009-cu ildən bəri ənyüksək artım tempini nümayiş etdirib.