Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ruben Amorimin bu mövsüm işə qayıtmaq planı yoxdur.
İdman.Biz bildirir ki, dünən portuqaliyalı mütəxəssis “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib.
Maisfutebol-un məlumatına görə, Amorim ən azı iyun ayına qədər yeni bir layihə üzərində işləmək istəmir.
Ruben yaxınlarına növbəti bir neçə ay istirahət etmək və karyerasında növbəti addımı diqqətlə nəzərdən keçirmək istədiyini bildirib. Onun planları yalnız “imtina edə bilməyəcəyi bir təklif” aldığı təqdirdə dəyişə bilər - məsələn, top klub onu dəvət edərsə.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.