AZ

Pimblett: “Əgər Topuriya məni Aspinall Consu gözlədiyi kimi gözlətsə, bu döyüş olmayacaq”

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Britaniyalı döyüşçü və yüngül çəki üzrə UFC reytinqində beşinci nömrə olan 31 yaşlı Peddi Pimblett, ispan-gürcü atleti və hazırkı UFC çempionu İliya Topuriyanın həyat yoldaşı ilə bağlı məhkəmə prosesi səbəbindən karyerasına fasilə vermək qərarına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Pimblett Topuriyanı əgər döyüşmək istəmirsə, kəmərin yerini boşaltmağa çağırıb.

“Mən həqiqətən onunla döyüşmək istəyirəm, ona görə də bu, ikibaşlı məsələdir. Mən İliyanı döymək və hər kəsə onu məğlub edə biləcəyimi göstərmək istəyirəm. Amma eyni zamanda, əgər o, məni Tom (Aspinall) Conu (Cons) gözlədiyi kimi gözlətsə, deməli, yox, döyüş olmayacaq. Sadəcə kəməri boşalt və divizionun irəliləməsinə icazə ver”, - Pimblett Aspinallın YouTube kanalında bildirib.

Yanvar ayında Peddi müvəqqəti yüngül çəki çempionluğu uğrunda Castin Qetji ilə döyüşəcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
icma.az

2Mənbələr