AZ

Ukrayna Təhlükəsizlik Xidmətinə rəhbərlikXmaraya tapşırıldı

Ukrayna Prezidenti Volodimir Zelenski Yevgeniy Xmaranı Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX-SBU) yeni rəhbər təyin edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Xmara bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin "A" xüsusi əməliyyat mərkəzinin rəisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bundan əvvəl Vasili Malyuk UTX-nın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

"Xidmətin rəhbəri vəzifəsindən gedirəm. Amma SBU sistemində qalaraq, düşmənə maksimum zərər vuracaq dünya səviyyəli asimmetrik xüsusi əməliyyatları həyata keçirməyə davam edəcəyəm",- deyə o bildirib.

 

Xatırladaq ki, o, quruma 2022-ci ilin iyul ayından rəhbərlik edirdi.

Seçilən
9
2
senzor.az

3Mənbələr