AZ

Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA-nın əməkdaşları tərəfindən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Belə ki, sexdə ev quşlarının baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisədə havalandırma sistemi qurulmayıb. Kondensasiya prosesi zamanı yaranmış sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür. Tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsi eyni sahədə həyata keçirilir. İşçilər tibbi müayinəyə cəlb olunmayıb. Alət və ləvazimatların yuyulub təmizlənməsi üçün yuma sahəsi təşkil edilməyib. Kəsimi aparılmış toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa verildiyi aşkarlanıb.

Seçilən
142
4
publika.az

10Mənbələr