“Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən kənarlaşdırılan Ruben Amorim əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyinə görə ciddi kompensasiya alacaq.
Publika.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Mütəxəssis 2024-cü ilin noyabr ayından “qırmızı şeytanlar”da çalışırdı və müqaviləsi növbəti mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.
2024-cü ilin noyabr ayında “Mançester Yunayted” “Sportinq”ə 9,6 milyon funt sterlinq təzminat ödəyib. Amorimin müqaviləsi ildə 6,7 milyon funt sterlinq olaraq müəyyən edilib. Məşqçi “Mançester Yunayted”də olduğu müddətdə artıq 7,8 milyon funt sterlinq qazanıb və o, 10,05 milyon funt sterlinq təzminat alacaq. “Mançester Yunayted” Amorimin rəhbərliyi altında transferlərə təxminən 250 milyon funt sterlinq xərcləyib.