AZ

Maduronu o əvəz etdi: Venesuelanın yeni prezidenti Delsi oldu

Venesuelada müvəqqəti prezident Delcy Rodrigez vəzifəsinin icrasına başlayıb

ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat nəticəsində saxlanılaraq Nyu-Yorka aparılan Venesuela Prezidenti Nikolas Maduronun səlahiyyətləri müvəqqəti olaraq vitse-prezident Delsi Rodrigezə keçib. Rodrigez and içdikdən sonra ölkənin müvəqqəti dövlət başçısı kimi fəaliyyətə başlayıb.

Venesuela Ali Ədalət Məhkəməsi (TSJ) Maduronun ölkə xaricində saxlanılması səbəbilə dövlət idarəçiliyində fasilənin yaranmaması və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə Delcy Rodrigezin prezident səlahiyyətlərini müvəqqəti olaraq icra etməsinə qərar verib. Bu qərar Venesuela ordusu tərəfindən dəstəklənib.

Andiçmə mərasimində çıxış edən Delcy Rodrigez Prezident Nikolas Maduro və onun həyat yoldaşı Cilia Floresin ABŞ-də saxlanılmasından narahatlığını ifadə edib. O bildirib ki, ölkənin suverenliyinin qorunması və ictimai sabitliyin təmin edilməsi üçün fəaliyyət göstərəcək.

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez parlament adından Delsi Rodrigezin “müvəqqəti dövlət başçısı” kimi təsdiqləndiyini açıqlayıb. Bununla da Delcy Rodrigez Venesuela tarixində ilk qadın dövlət başçısı olub.

2017-ci ildən bəri vitse-prezident vəzifəsində çalışan 57 yaşlı Delsi Rodrigez daha əvvəl müxtəlif dövlət postlarında fəaliyyət göstərib və Hüqo Çaves dövründən etibarən ölkə siyasətində aktiv rol oynayıb.

Seçilən
133
aznews.az

1Mənbələr